RU

Lavrov Bakı-İrəvan sazişinin mətni barədə inanılmaz fikirlər dedi...


Nəsimi Məmmədli: "Ermənistan hökumətinin Azərbaycanla sülh sazişi imzalamaq niyyəti ən çox Rusiyanı narahat edir"

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh sazişinin ilkin formada razılaşdırılmasına görə səslənən coşğulu nidalar sənədin mətni açıqlanan kimi şübhləi münasibətlərə çevrildi, çünki sənəddə çoxlu qeyri-müəyyənliklər qalır.

Lavrov bu fikirləri Moskvadakı Beynəlxalq Münasibətlər üzrə Dövlət İnstitutu tələbə və professor-müəllim heyəti qarşısında çıxış edərkən söyləyib.

Lavrov nə deyir? Necə yəni, elan olunmuş sənədin mətnində hələ bir çox şeylər razılaşılmayıb? Nə razılaşılmayıb? Necə yəni, Vaşinqton sənədi 2020-22-ci ilin razılaşmaları əsasında imzalanıb? Heç Vaşinqton sənədində 2020-ci ilin sənədlərinin adı çəkilmir.

Məsələ ilə bağlı fikirlərini baki-xeber.com nəşrinin müxbiri ilə bölüşən siyasi şərhçi Nəsimi Məmmədli bildirdi ki, Cənubi Qafqazda Ermənistanı münaqişəyə sövq edən, Azərbaycan torpaqlarını 27 ildən çox işğal altında saxlayan ölkə Rusiya idi: "Təbii ki, Ermənistan hökumətinin Azərbaycanla sülh sazişi imzalamaq niyyəti ən çox Rusiyanı narahat edir. Kreml anlayır ki, Cənubi Qafqazda sülhün bərqərar olması Rusiyanın regionda hərbi-siyasi təsirini zəiflədəcək.

Hazırda regiondakı sülh prosesinin qarşısını zorakı üsullarla almaq cəhdi Kremlə baha başa gələr. Nəinki Azərbaycan və Ermənistanla münasibətləri daha da pisləşə bilər, hətta ABŞ-la, Türkiyə ilə də münasibətləri gərginləşər.

ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülhün dərinləşməsinə Kreml Lavrovun dili ilə özünəməxsus reaksiya verib. Müəyyən səbəblərdən Vaşinqton razılaşmasına bir müddət susqun münasibət sərgiləyən Kremlin əsl niyyətini göstərəcəyi gözlənilən idi".

Ekspert əlavə etdi ki, Kreml əsasən çalışır, Ermənistanda revanşist qüvvələri daha aktiv hərəkətə gətirməklə Paşinyan hökumətini məğlub etsin: "Kənardan müdaxilə etməklə sülh prosesini dayandırmaq çətindir. Amma Ermənistan daxilində müxalifətin əli ilə prosesə zərər vurmaq imkanları hələ qalır".

N.Məmmədli vurğuladı ki, sazişin mətni 10 noyabr üçtərəfli bəyanatına əsasən deyil, rəsmi Bakının təklif etdiyi 5 baza prinsipi əsasında hazırlanıb: "O ki qaldı paraflanmış saziş mətninə, orada bütün məsələlərlə bağlı müddəalar yer alıb. Bir neçə məsələ ilə bağlı tərəflər arasında gələcəkdə ayrıca sazişin imzalanması nəzərdə tutulub ki, bunlar da normal haldır".

Akif NƏSİRLİ

Избранный
33
baki-xeber.com

1Источники