RU

“Lion” onu ərəblərə satdı

Fransanın “Lion” klubunun qapıçısı Matye Patuye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra Əl-Hilal”ın uğurları üçün çalışacaq.

Qolkiperin transferi Səudiyyyə təmsilçisinə 342 min avroya başa gəlib. Bundan əlavə, “Lion” oyunçunun gələcəkdə mümkün satışından 20 faiz pay alacaq.

Xatırladaq ki, Patuye ötən mövsüm icarə əsasında çıxış etdiyi “Soşo”nun heyətində Fransa üçüncü liqasında 36 oyuna çıxıb və 33 qol buraxıb. O, komandanın ən yaxşı futbolçularından biri sayılıb.

Избранный
49
90deqiqe.az

1Источники