RU

İllərdir aldığı pensiyası kəsildi...VİDEO

Göyçay sakininin əlilliyə görə 8 ildir aldığı pensiyası kəsilib.

Xezerxeber.az xəbər verir ki, Göyçay rayonunun Alxasafa kənd sakini, Şahid İmranov 13 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirir. Dediyinə görə, 2017-ci ildə ona əlilliyə görə pensiya təyin olunub və bu ödəniş 2023-cü ilin yanvar ayına qədər davam edib. Lakin həmin tarixdən etibarən pensiyası kəsilib.

Şahid İmranov deyir ki, xəstəxanalarda müalicə alsa da, pensiyası hələ də bərpa olunmayıb. Hazırda səhhəti daha da ağırlaşıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov “Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, Göyçay rayon sakini 1984-cü il təvəllüdlü İmranov Şahid Nəriman oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də bu ilin aprel ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. "Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilib", - deyə Tural Qurbanov bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
31
xezerxeber.az

1Источники