RU

“Onları qətiyyən qınamaq olmaz” - 7 futbolçusu gedən klubun prezidenti danışdı

2-ci liqada yarışan “Dinamo”nun 7 futbolçusu “Xankəndi” ilə oyundan əvvəl komandadan ayrılmaq istəyib. Həmişə adekvatlığı ilə seçilən klub prezidenti Yaşar Seyidov isə bu seçimi anlayışla qarşılayıb və futbolçuların gedişinə icazə verib.

“Football-plus.az” Seyidovun bu məsələ ilə bağlı mövqeyini öyrənib:
“Həmin yeddi futbolçuya 1-ci və 2-ci liqadan təkliflər gəldi, getdilər. Onları qətiyyən qınamaq olmaz. Ailəsi-uşaqları var. Bəziləri nişanlıdı, bəziləri subaydı. Hamısını yaxşı başa düşürəm. Bu gediş mövsümün sonunda tutacağımız yerə təsir edə bilər, amma bizim üçün problem deyil. Qurduğum sistem yenə də tanınmayan futbolçuları ortaya çıxarmağa imkan verəcək. Keçən il 14 futbolçu akademiyadan gəldi, “Dinamo”da oynadı. İndi də 10-12 futbolçu gətirəcəyik. 300-dən çox futbolçumuz var. Futbolçu barədə problemimiz yoxdu, o komanda narahat ola bilər ki, qıtlığı olsun. Mən təcrübəli adamam. Çətin vəziyyətə həmişə hazır oluram. Hədəfimiz onsuz da 2-ci liqada qalmaqdı. Sponsoru, maliyyə dəstəyi olmayan komanda başqa necə olmalıdı ki?”
MÜZƏFFƏR QULUZADƏ
Избранный
51
1
football-plus.az

2Источники