Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə sona çatıb.
Qeyd edək ki, AFFA İslaniya məğlubiyyətindən (0:5) sonra Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.
DÇ-2026
Seçmə mərhələ, D qrupu
9 sentyabr
Azərbaycan – Ukrayna 1:1
Qol: Georgiy Sudakov, 51, Emin Mahmudov, 72 – pen.