RU

Neftin qiyməti ilə bağlı proqnoz açıqlandı

BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ-nin Energetika Nazirliyi 2025-ci ildə Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 0,86% artıraraq bir barel üçün 67,22 dollardan 67,8 dollara çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.

Bununla yanaşı, departament OPEC+ “səkkizliyi”nin neft hasilatını artırması və qlobal ehtiyatların artması səbəbindən “Brent” markalı neftin qiymətinin avqustda 68 dollar/bareldən bu ilin dördüncü rübündə 59 dollar/barelə düşəcəyini proqnozlaşdırır.

ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 2026-cı ildə Brent neftinin qiyməti orta hesabla 51 dollar/barel olacaq. Qurumun ekspertlərinin fikrincə, 2026-cı ilin əvvəlində aşağı neft qiymətləri nəticəsində həm OPEC+ ölkələri, həm də bir sıra digər istehsalçılar tədarükü azaldacaq.

Избранный
40
1
teleqraf.com

2Источники