RU

Ukrayna millisinin baş məşqçisi: "Zəif oynadıq və xal itirdik"

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirilən oyunun nəticəsini şərh edib.

İdman.biz xəbər verir ki, Bakıda keçirilən görüş heç-heçə başa çatıb - 1:1.

"Əvvəldən demişdim ki, zəif rəqib yoxdur. Bundan əlavə, meydançanın vəziyyəti arzuolunan dərəcədə deyildi. Yaxşı oyun göstərə bilmədik və buna görə də xal itirdik. Azərbaycan millisi əks-hücumlara bel bağlayırdı", - Rebrov mətbuat konfransında deyib.

Bu görüşün nəticəsinə uyğun olaraq, hər iki komanda seçmələrdə ilk xalını qazanıb.

İdman.biz

Избранный
60
1
idman.biz

2Источники