RU

Apple iPhone 17 Pro və Pro Max-ı təqdim etdi

Bakı. Trend:

“Apple” şirkəti yeni iPhone 17 Pro və iPhone 17 Pro Maxmodellərini təqdim edib.

Trend-inməlumatına görə, smartfon "Apple"ın təqdimatında nümayişetdirilib.

Şirkət bildirib ki, bu cihazlar “Pro anlayışını yenidənmüəyyənləşdirir” və iPhone 16 Pro ilə müqayisədə 40% daha stabilişləyir.

Smartfonlar alüminium gövdə, yüksək performanslı antenlər vəistiliyi korpus vasitəsilə yaymaq üçün yeni soyutma sistemi ilətəchiz olunub. Arxa şüşə Ceramic Shield ilə qorunur və əvvəlkindəndörd dəfə davamlıdır.

Peşəkar kamera və video imkanları
iPhone 17 Pro arxa paneldə üç 48 MP Fusion kamera, ön tərəfdə isə18 MP-lik Center Stage texnologiyalı kamera ilə gəlir. Model 1x,2x, 4x və 8x teleobyektiv dəstəkləyir, foto üçün rəqəmsal zum isə40x-ə çatır.

Video üçün Dolby Vision HDR, 4K120, ProRes Log, ACES, eləcə dəProRes RAW və Genlock sinxronizasiyası daxil olmaqla peşəkarfunksiyalar mövcuddur. Apple bu imkanları “bir cibdə səkkiz peşəkarobyektiv” kimi xarakterizə edib.

iPhone 17 Pro Max isə iPhone-lar arasında rekord avtonomluqgöstərir – 39 saata qədər video izləmə. Model daha böyük batareya,eSIM variantlarında genişləndirilmiş tutum və təkmilləşdirilmişsoyutma sistemi ilə təchiz olunub. 2 TB yaddaşlı versiya yalnız ProMax üçün əlçatan olacaq.

Satışlar 19 sentyabrda başlayır. Rəng seçimləri – gümüşü, dərinmavi və kosmik narıncı.

Избранный
29
1
az.trend.az

2Источники