RU

Azərbaycan millisinin baş məşqçisi: "Qazandığımız ilk xal yığmaya əlavə ruh verəcək"

Azərbaycan millisinin qazandığı ilk xal yığmaya əlavə güc verəcək.

Milli.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:

"İnşallah, yaxşı çıxışlarımız çox olar. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm. Meydanda əsl gücümüzü göstərməyə çalışdıq. Çoxdandır yığmada ruh düşkünlüyü var idi. Bəlkə də, futbolçular təzyiq altında çıxış edirdilər. Bizə çətin anlarımızda dəstək olan azarkeşlərə təşəkkür edirəm. İnşallah, qazandığımız bu xal yığmaya əlavə güc verəcək".

Qeyd edək ki, Tofiq Bəhramov stadionunda baş tutan Azərbaycan - Ukrayna oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Milli.Az
 

Избранный
10
1
milli.az

2Источники