RU

"Real" onu geri qaytarır?

“Komо”nun yarımmüdafiəçisi Nikolas Pasın Madrid “Real”ına qayıda bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Kral klubu” 21 yaşlı yetirməsini gələn ilin yayında geri çağırmağı planlaşdırır. Əməliyyat bahalı olmayacaq, çünki “Real”ın futbolçunun geri alınması üçün ilkin alqı-satqı hüququ mövcuddur.

Argentinalı futbolçu Sesk Fabreqasın komandasında göstərdiyi yüksək oyunla diqqət çəkib və artıq Serie A-nın ən perspektivli gənc oyunçularından biri kimi tanınır.

Qeyd edək ki, Nikolas Pas 8 sentyabrda 21 yaşını qeyd edib. Transfermarkt portalının qiymətləndirməsinə əsasən, gənc futbolçunun bazar dəyəri 35 milyon avrodur.

Избранный
83
90deqiqe.az

1Источники