RU

Demə, bu dərmanın da qəbulu təhlükəliymiş..?

“Rossiya 1” kanalında yayımlanan “Ən mühüm şey haqqında” verilişinin efirində həkim və teleaparıcı Aleksandr Myasnikov Rusiyada hansı dərmanı ən təhlükəli hesab etdiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, bu dərman aspirindir.

SİA-nın məlumatına görə, həkim qeyd edib ki, digər ölkələrdə həyati təhlükəsi olan damarların daralması ilə bağlı ciddi riski olmayan xəstələrə artıq aspirin təyin edilməsi dayandırılıb.

O, izah edib ki, dərmanın qan durulaşdırıcı təsiri ciddi nəticələrə gətirib çıxara bilər - daxili qanaxmalardan tutmuş insultlara qədər.

Qeyd edək ki, bundan əvvəl digər teleaparıcı və həkim Yelena Malışeva da analoji xəbərdarlıq etmişdi. O xatırladıb ki, aspirin mədə qanaxmasına səbəb ola bilər və uşaqlar üçün uyğun deyil. Mütəxəssislər, sağlamlıq risklərini minimuma endirmək üçün dərmanı yalnız ciddi tibbi göstərişlər üçün və həkim nəzarəti altında istifadə etməyi məsləhət görürlər.

Nazlı Almuradova

Избранный
18
1
sia.az

2Источники