RU

Azərbaycan Ordusunun...ÇİNLİ ƏSGƏRİ

Azərbaycan Ordusunda Çin əsilli əsgərin xidmət etməsi maraqla qarşılanıb.

 

APA TV xəbər verir  ki, əsgər Emin Lin həm silahdaşlarının, həm də komandirlərinin hörmətini qazanıb.

 

O, ingilis, rus və Azərbaycan dillərində də sərbəst danışa bilir. Əsgər yoldaşlarından bəziləri onu Lin, bəziləri isə “çinli” deyə çağırır.

 

“Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. 1 il 6 ay ərzində çox şeyə uyğunlaşdım. İlk dəfə məni çox maraqla qarşıladılar. Hamıya maraqlı oldu ki, çinli biri Azərbaycan Ordusunda xidmət edir. Həmçinin Çin mətbəxi necədir, Azərbaycan mətbəxinə oxşayırmı? Əslində mən Çin mətbəxini o qədər də bilmirəm. Anam evdə həm Azərbaycan, həm də Çin mətbəxindən yeməklər bişirir”,- deyə Emin Lin söyləyib.

 

Emin Lin ailəsinin ilk əsgəri deyil. Qardaşı Aydın Lin də Azərbaycan Ordusunda qulluq edib. İşğaldan azad olunmuş ərazidə yerləşən hərbi hissədə xidmət keçib, antiterror tədbirlərinin iştirakçılarından olub.

 

Bacısı Aygün Lin isə əlbəyaxa döyüş idman növündə "qara kəmər" ustasıdır, beynəlxalq yarışlarda üçrəngli bayrağımızı yüksəldib, indi isə məşqçi-müəllim kimi fəaliyyət göstərir: "Mən ali təhsil almamışam. Ancaq Çin, ingilis, rus və Azərbaycan dilini bilirəm. Bacım Aygün İdman Akademiyasının, qardaşım Aydın isə Bakı Dövlət Universitetinin məzunlarıdır. Mənim də gələcəkdə ali təhsil almaq niyyətim var".

 

Daha ətraflı süjetdə:

Избранный
22
22
senzor.az

10Источники