Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ölkədə təftişlərin bərpa edilməsi barədə razılığa gəliblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun rəhbəri Rafael Qrossi "X" sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, müvafiq sənəd Qahirədə İranın xarici işlər naziri Abbas Əraqçı ilə imzalanıb.
"Bu, düzgün istiqamətdə atılmış mühüm addımdır", - deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun 25-də İran parlamenti BAEA ilə əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiqləmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.