RU

Tramp Qətərdən Qəzza ilə bağlı vasitəçiliyi davam etdirməsini istəyib

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə söhbəti zamanı ondan Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda vasitəçi kimi fəaliyyətə davam etməsini istəyib.

APA xəbər verir ki, bu barədə Qətər əmirinin ofisi məlumat yayıb.

“ABŞ prezidenti Qətərin münaqişələrin müxtəlif tərəfləri arasında vasitəçilik səylərini yüksək qiymətləndirib və əmiri Qəzzada atəşkəslə bağlı danışıqlarda iştirakını davam etdirməyə çağırıb”, - məlumatda deyilir.

Qətər lideri ilə söhbətində Tramp həmçinin vurğulayıb ki, o, əmirliyin suverenliyinə qəsd edilməsini pisləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
apa.az

2Источники