RU

Putin və Zelenski arasında güclü nifrət var - Tramp

Vəziyyət çətindir, çünki Vladimir Putinlə Vladimir Zelenski arasında çoxlu nifrət var.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “WABC” radiosuna müsahibəsində deyib.

“Ukrayna münaqişəsinin həlli əvvəlcə ABŞ üçün asan görünüb, lakin Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında qarşılıqlı düşmənçilik səbəbindən vəziyyət daha da mürəkkəbləşib”, -Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, o, hələ də Ukrayna münaqişəsinə son qoymaq niyyətindədir.

"Biz bunu tamamlayacağıq",- deyə o bildirib.
Избранный
61
4
sherg.az

5Источники