RU

Kriştiano Ronaldo Dünya Çempionatı seçmə mərhələlərinin tarixinə düşdü

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Dünya Çempionatı seçmə mərhələlərində 39-cu qolunu vurub.

90deqiqe.Az-ın məlumatına görə, "Əl Nəsr"də çıxış edən ulduz hücumçu bu göstəricidə Qvatemalanın sabiq hücumçusu Karlos Ruizlə bərabərləşib və seçmə mərhələlərin tarixində ən məhsuldar futbolçu adını qazanıb.

40 yaşlı forvard tarixi qolu 2026 Dünya Çempionatı seçmə mərhələsinin 2-ci turunda Macarıstana qarşı vurub. Oyunun 58-ci dəqiqəsində Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq icra edib.

Ronaldu Portuqaliya millisində debütünü 18 yaşında edib. Bu, 20 avqust 2003-cü ildə Qazaxıstana qarşı yoldaşlıq oyununda (1:0) baş verib. Millidə ilk qolunu isə Avropa Çempionatı 2004-ün qrup mərhələsində Yunanıstana qarşı (1:2) vurub.

Ronaldu həm də uzun illərdir Portuqaliya millisinin lideri kimi komandanın hücum potensialını qoruyur və rekorda doğru gedən yolunda önəmli mərhələlər qət edir.

Избранный
11
90deqiqe.az

1Источники