RU

“İlk qolum gec-tez gələcək”

“Liverpul”un yarımmüdafiəçisi Florian Virts İngiltərə Premyer Liqasına uyğunlaşması barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, "RTL" futbolçunun dediklərini belə çatdırıb. 

“Bu tamamilə başqa çempionatdır, burada futbolun tipi də fərqlidir. Premyer Liqada oynadığım üçün çox şadam. İlk qolumu nə vaxt vuracağımı bilmirəm, amma ümid edirəm ki, növbəti oyunda olacaq. Amma gec-tez bu baş verəcək”

Qeyd edək ki, almaniyalı oyunçu ölkə çempionatında indiyədək üç oyuna çıxıb, lakin nəticə göstərməyi hələ bacarmayıb.

Almaniya millisinin yarımmüdafiəçisi keçən yay “Bayer”dən “Liverpul”a transfer olunub. Futbolçunun klubla olan hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, Virtsin bazar qiyməti 140 milyon avrodur.

Избранный
96
10
90deqiqe.az

10Источники