RU

Mütləq dünya çempionu bu UFC döyüşçüsünün heyranı imiş

Yarım orta və birinci yarım orta çəkidə keçmiş mütləq dünya çempionu amerikalı boksçu Terens Krouford heyranı olduğu UFC döyüşçüsünün adını çəkib.

İdman.biz bildirir ki, Krouford UFC-də ağır (120 kq-a qədər) və yarım ağır çəkidə (93 kq-a qədər) keçmiş titul sahibi, həmyerlisi Con Consa heyran olduğunu bildirib.

"Hansı UFC döyüşçüsünə daha çox heyranam? Əslində mən Con Consun pərəstişkarıyam. Yaxşıyıq, mesajlaşırıq və ünsiyyət qururuq. Mənim Həbibdən (Nurməhəmmədov), Mirsad Bektiçdən (2014-2020-ci illərdə UFC-də mübarizə aparmış bosniyalı MMA döyüşçüsü), Alcodan (Sterlinq) xoşuma gəlir. Amma Cons başqadır", - Krouford bildirib.

İdman.biz

Избранный
40
1
idman.biz

2Источники