Orderin verilməsi ilə bağlı işlər qapalı iclaslarda da baxıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb.
Məqsəd tərəflərin şəxsi həyatının və uşaqların mənafeyinin qorunmasıdır. Məhkəmə qərarı çıxarıldıqdan dərhal icraya yönəldilir. Orderin müddəti həmin andan hesablanır.