Bakı. Trend:
Londonun Hitrou hava limanının 4-cü terminalında sentyabrın 8-dəbaş verən insidentlə bağlı 57 yaşlı bir nəfər saxlanılıb.
Trend “Sky News”aistinadla xəbər verir ki, hadisə zamanı təxminən 20 nəfər sağlamlıqşikayəti ilə müraciət edib və terminaldakılar müvəqqəti olaraqtəxliyə olunub.
Xüsusi təlim keçmiş polis qüvvələri, London YanğınsöndürməXidməti və təcili tibbi yardım əməkdaşları əraziyə cəlb olunub.Metropolitan Polisi ərazidə apardığı axtarış zamanı CS qazı(gözyaşardıcı qaz) olduğu ehtimal olunan balon aşkarlayıb. Polisbildirib ki, həmin maddə insanlara təsir göstərərək zərər verəbilər. Şübhəli şəxs hazırda polis nəzarətindədir.
Hadisənin terrorla əlaqəsi olmadığı vurğulanıb. Təcili tibbiyardım xidməti bir nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.