RU

Ukraynalı azarkeşlər Bakıda Azərbaycanla oyunun nəticəsindən narazılıqlarını bildiriblər

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

DÇ-2026-nın seçmə mərhələsinin Bakıda keçirilən oyununa gələn ukraynalı azarkeşlər Ukrayna yığmasının Azərbaycanla oyunda xal itirməsindən narazılıqlarını bildiriblər.

İdman.biz-in məlumatına görə, final fitindən sonra azarkeşlər ukraynalı futbolçuları çağıraraq matçın nəticəsindən şikayətlərini bildiriblər.

Xatırladaq ki, Azərbaycan və Ukrayna milli komandaları arasında keçirilən görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. 51-ci dəqiqədə Sudakov hesabı açıb, 72-ci dəqiqədə isə millinin kapitanı Emin Mahmudov penaltini qola çevirərək tarazlığı bərpa edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
1
icma.az

2Источники