RU

Gəncə ağır qəza nəticəsində 8 nəfər xəsarət alıb

ain.az, Apa.az saytına istinadən bildirir.

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” ilə "Chevrolet" markalı iki minik avtomobili toqquşub.

Qəzadan sonra zərbənin təsirindən avtomobillərin biri yolun kənarında səkidə dayanan bir neçə piyadanı vurub.

Qəza zamanı ümumilikdə 8 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Onların hər birinə yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Qəza nəticəsində xəsarət 1996-cı il təvəllüdlü M. Məmmədzadə, 1968-ci il təvəllüdlü R. Həsənova, 1994-cü il təvəllüdlü R. Həsənov, 1989-cu il təvəllüdlü G. Qurbanova, 1968-ci il təvəllüdlü S. Əsgərova, 2006-cı il təvəllüdlü X. Əliyeva, 1979-cu il təvəllüdlü P. Zeynalova və 1958-ci il təvəllüdlü R. Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
8
apa.az

10Источники