RU

Cəmi 3 ədəd yemək orqanizmi başdan ayağa gücləndirir

ain.az bildirir, Milli.az portalına istinadən.

Mütəxəssislərin fikrincə, ən faydalı qoz illərdir bildiyimiz adi qoz deyil, Braziliya qozudur. Selenium, omeqa-3 yağ turşuları, vitamin və minerallarla zəngin olan bu qida immuniteti gücləndirir, dərini cavan saxlayır və ürək sağlamlığını qoruyur.

Milli.Az xəbər verir ki, cəmi 2-3 Braziliya qozu gündəlik ehtiyac üçün kifayətdir. Onlar tiroid fəaliyyətini tənzimləyir, həzm sistemini dəstəkləyir, əzələ və sümük sağlamlığını möhkəmləndirir, xolesterini azaldır və sinir sisteminə müsbət təsir göstərir.

Selenium və E vitamini sayəsində Braziliya qozu həm də "gözəllik sirlərindən biri" hesab olunur - dərini, saç və dırnaqları gücləndirir, qocalmanı ləngidir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu qozun kalorisi yüksəkdir (100 qramda təxminən 659 kalori) və selenium miqdarı çox olduğundan, həddən artıq istehlak sağlamlıq riski yarada bilər. Buna görə gündəlik 2-3 ədəd Braziliya qozu ideal hesab olunur.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
news.milli.az

2Источники