RU

Yeni nazir tribunada huşunu itirərək yerə çırpıldı

İsveçin yeni təyin olunmuş səhiyyə naziri Elizabet Lann yeni vəzifəsində ilk mətbuat konfransı zamanı huşunu itirib.

Publika.az İsveçin SVT telekanalına istinadla xəbər verir ki, insident onun bu vəzifəyə təyin olunmasından bir gün sonra baş verib .

Lann başını əyərək düz podiumun yanında yıxılıb. İlkin tibbi yardımdan sonra qısa müddətə jurnalistlərin yanına qayıdan nazir qanında şəkərin səviyyəsinin kəskin azalması səbəbindən huşunu itirdiyini izah edib. Buna baxmayaraq, mətbuat konfransının təxirə salınması qərara alınıb.

Xristian Demokratlar Partiyasının keçmiş Göteborq bələdiyyə müşaviri Elisabeth Lunn, sələfi Ako Ankarberg Yohanssonun gözlənilmədən istefa verməsindən sonra səhiyyə naziri təyin edilib.

Oxşar hadisə 2022-ci ildə də baş vermişdi. Belə ki, Finlandiyanın daxili işlər naziri Krista Mikkonen brifinq zamanı özünü pis hiss edib və huşunu itirib. Yıxılan nazirin köməyinə bir neçə nəfər, o cümlədən fotoqraf gəlib.

Избранный
53
23
publika.az

10Источники