RU

İsveçin Baş naziri hökumət Bəyannaməsini təqdim edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Stokholm, 10 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin Baş naziri Ulf Kristersson Riksdaq sessiyasının ənənəvi təntənəli açılışı zamanı hökumətin Bəyannaməsini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Ulf Kristersson kral ailəsi, diplomatik korpus və dəvət olunmuş qonaqlar qarşısında həllini tələb edən bir çox sosial problemləri olan İsveç mənzərəsini təqdim edib.

Baş nazir quldur cinayətkarlığı ilə mübarizə, miqrasiya, iqtisadiyyat, təhlükəsizlik və məktəblərə xüsusi diqqət yetirib.

O, Nazirlər Kabinetinin əsas vəzifəsinin cinayətkar qruplaşmalara qarşı mübarizə olduğunu bildirərək, İsveç mühakiməsinin onları ölkədən kənarda təqib edəcəyini, əmlaklarından məhrum edəcəyini, ölkə vətəndaşı olmayanları həbs edib deportasiya edəcəyini vurğulayıb.

U.Kristersson bildirib ki, İsveç onilliklər ərzində inteqrasiyada uğursuzluqlarla birlikdə düzgün düşünülməmiş və davamlı olmayan miqrasiya siyasəti həyata keçirib. Onun sözlərinə görə, bu, qanqster cinayətkarlığı, ekstremizm, “namus” mədəniyyəti və müavinətlərdən asılılıq üçün zəmin olan genişmiqyaslı sosial təcridə gətirib çıxarıb.

“Mövcud hökumətin siyasəti nəticəsində sığınacaq axtaranların sayı kəskin şəkildə azalıb, getdikcə daha çox insan isə öz Vətəninə qayıtmağı seçir”, - deyə o əlavə edib.

İqtisadiyyatda hökumət inflyasiyadan sonra ailə büdcələrini gücləndirmək, “iş xəttini” bərpa etmək və artımı stimullaşdırmaq niyyətindədir.

Baş nazirin sözlərinə görə, tənəzzül gözlənildiyindən daha uzun olub. O, eyni zamanda müharibə qanunlarına riayət etməklə öz şərtləri ilə sülh bərqərar olana qədər Ukraynanı dəstəkləməyin zəruriliyini də bəyan edib.

Ölkədaxili islahatlar arasında o, gələn il iyulun 1-dən ibtidai məktəblərdə mobil telefonlardan istifadəyə tam qadağanı xüsusi qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
3
azertag.az

4Источники