Telegram messencerinin təsisçisi Pavel Durov fəxr edir ki, platforma Fransada respublika prezidenti Emmanuel Makronun siyasətinə qarşı etiraz alətinə çevrilib...
Poliqon xəbər verir ki, o, X sosial şəbəkəsində müvafiq bəyanat yayıb.
"Mən fəxr edirəm ki, Telegram Fransada Makronun uğursuz siyasətinə qarşı etiraz alətinə çevrilib. 8 illik unutqanlıqdan sonra fransızlar boş piardan və hakimiyyətin duruşundan yorulublar - indi isə geri zərbələr endirirlər", Durov yazıb.
Sentyabrın 10-da Fransada “Hər şeyi blokla” şüarı altında genişmiqyaslı etiraz aksiyaları planlaşdırılıb. Onlar Fransa əhalisinin ölkə hökumətinin təklif etdiyi qənaət tədbirlərindən narazılıq fonunda baş verməlidir.
Poliqon.info