RU

Çexiyada Rəqəmsal Transformasiya Həftəsi keçirilir

Praqa, 10 sentyabr, AZƏRTAC

Çexiyada Rəqəmsal Transformasiya Həftəsi keçirilir. Onun əsas mövzusu süni intellekt etikası üzrə mütəxəssislərdən tutmuş rəqəmsal oxşar arxitektorlar və davamlı inkişaf analitiklərinə qədər gələcəyin peşələrinə hazırlıqdır.

AZƏRTAC xəbər verir ki, məlumatlarla iş, süni intellektin tətbiq edilməsi, internet-təhlükəsizlik, kibermüdafiə və müasir İT innovasiyalar da diqqət mərkəzində olacaq.

Forumun proqramına 300-dən çox tədbir daxildir. Təşkilatçılar 160-dan çox tərəfdaşı və qeyri-kommersiya təşkilatlarını birləşdirə biliblər.

Ekskursiyalar xüsusi maraq doğuracaq. Qonaqlar media redaksiyalarında yoxlanılmış xəbərlərin necə yarandığını görə, AI nümayişinin və robot şousunun keçiriləcəyi “Brnoda CEITEC” tədqiqat laboratoriyasına baş çəkə və Pardubitsedəki Puda yaradıcılıq məkanında robotları idarəetməyə çalışacaqlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

 

Избранный
35
2
azertag.az

3Источники