RU

Pompeo: Avropalıların hələ də rus nefti alması dəhşətdir

ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo Avropa ölkələrini Rusiya nefti almağı dayandırmağa və real sanksiyalar tətbiq etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

“Avropalılar rus nefti almamalıdır. Onların hələ də bu müharibəni maliyyələşdirməsi dəhşətdir”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin danışıqlar yolu ilə heç bir həllə maraqlı deyil.

Pompeo hesab edir ki, ABŞ prezidenti Donald Trampın ixtiyarında Rusiyaya təzyiq göstərmək üçün kifayət qədər alətlər var.

Pompeo əlavə edib ki, Çin bankları da bu müharibəni maliyyələşdirməkdə iştirak edir.

Избранный
34
1
axar.az

2Источники