RU

Şəmkirdə minik avtomobilində yanğın oldu

BAKI, 9 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "VAZ 2107" markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Избранный
19
14
teleqraf.com

10Источники