RU

BMT Təhlükəsizlik Şurası İsrailin Qətərə zərbələri ilə bağlı təcili iclas keçirəcək

Toplantı 10 sentyabrda Nyu-Yorkda baş tutacaq...

Poliqon xəbər verir ki, BMT Təhlükəsizlik Şurası İsrailin Qətərdə HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hava zərbələrinə cavab olaraq 10 sentyabrda təcili iclas çağıracaq. Bu barədə Agence France-Presse diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, iclas Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq. Təcili toplantı xüsusilə Əlcəzair və Pakistanın müraciətindən sonra gündəmə gətirilib.

Qeyd edək ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohaya aviazərbələr endirib. Qətərin Xarici İşlər Nazirliyi bildirib ki, hücum nəticəsində “HƏMAS”ın siyasi bürosunun bir neçə üzvünün yaşadığı evlər hədəfə alınıb. Al Arabiya telekanalı isə qruplaşmaya yaxın mənbələrə istinadən xəbər verib ki, hücum zamanı təşkilatın yüksək səviyyəli liderləri – hərəkatın rəhbərlərindən Xalil əl-Hayya və siyasi büro başçısı Xalid Məşal həlak olub.

ABŞ prezidenti Donald Tramp açıqlamasında hava zərbələrinin qərarının onun tərəfindən deyil, İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən verildiyini vurğulayıb.

Poliqon.info

Избранный
45
poliqon.info

1Источники