İsrailin ABŞ-dəkı səfiri Yexiel Leyter ölkəsinin Dohaya hücumda məqsədlərinə nail olub-olmadığı sualına birbaşa cavab verməyib.
“İki sahil” xəbər verir ki, bu barədə o, "Fox News"a müsahibəsində bildirib.
"Əgər bu dəfə onlara çatmadıqsa, növbəti dəfə onlara çatacağıq", - deyə o əlavə edib.
Diplomat əlavə edib ki, İsrail Dohaya zərbələrin Qəzza zolağında atəşkəsin əldə edilməsinə və sülhün bərqərar olmasına töhfə verəcəyinə ümid edir.