RU

Akademik Həbibulla Şahtaxtinskinin 125 illiyidir

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Bu il görkəmli azərbaycanlı alim, akademik Həbibulla Baxşəli oğlu Şahtaxtinskinin anadan olmasının 125 illiyi qeyd olunur.

Gununsesi.info xəbər verir ki, 1900-cü ildə Naxçıvan torpağında – Şahtaxtı kəndində dünyaya gələn alim, ömrünü elmin və xalqın inkişafına həsr etmişdir.

Şahtaxtinski həm həkim, həm də mühəndis-kimyaçı kimi geniş biliklərə malik idi. O, analitik kimya və qeyri-üzvi maddələr texnologiyası sahəsində yeni metodlar yaratmış, nadir elementlərin alınması və mineral xammalın kompleks emalı istiqamətində mühüm nəticələrə nail olmuşdur. Dünyada ilk dəfə o, metallurgiya müəssisələrinin qazlarından elementar kükürdün alınması ideyasını elmi əsaslarla sübut etmişdir.

Həyatının böyük hissəsini pedaqoji fəaliyyətə həsr edərək onlarca alim yetişdirmiş, 3 doktor və 35-dən çox namizədin elmi rəhbəri olmuşdur. Onun 380-dən çox elmi əsəri, 7 monoqrafiyası və dərsliyi bu gün də əhəmiyyətini qoruyur. Xidmətlərinə görə o, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, orden və medallarla təltif edilmişdir. Lakin ən böyük mükafat onun yaratdığı məktəb, davamçılar və gələcək nəsillərə qoyduğu zəngin elmi irsdir. 125 illik yubiley alimimizin xalqımıza və elminə bəxş etdiyi dəyərlərin yenidən xatırladılmasıdır. Həbibulla Şahtaxtinskinin ömür yolu xalqına, elmə və gələcəyə sədaqətin nümunəsidir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
icma.az

1Источники