RU

Polşa hava limanlarını bağlayıb

Sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşa bir sıra beynəlxalq hava limanlarının fəaliyyətini dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə aviasiya heyətinə (NOTAM) göndərilən təcili xəbərdarlıqda qeyd olunub.

Məlumata əsasən, "Jeşuv-Yasenka", "Lyublin" və Varşavanın hər iki hava limanı planlaşdırılmamış hərbi fəaliyyətə görə bağlanıb.

Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı sosial şəbəkədə bildirib ki, hava məkanının qorunması üçün bütün zəruri prosedurlar işə salınıb. Havaya yalnız Polşa qırıcıları deyil, həm də digər NATO ölkələrinin təyyarələri qaldırılıb.

Избранный
6
3
ikisahil.az

4Источники