Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 9-da saat 20:50 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə 8 nəfər (7 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliydən (TƏBİB) məlumat verilib.
Məlumata əsasən, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib.
Hazırda 1 nəfərin (qadın cinsli) müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Xeyrənsə Piriyeva
***
08:56
Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub.
News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, “Hundai” və “Chevrolet” markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza zamanı avtomobillərdən biri yol kənarındakı bir neçə piyadanı vurub.
Qəza nəticəsində ümumilikdə 8 nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata görə, qəza zamanı 1996-cı il təvəllüdlü M. Məmmədzadə, 1968-ci il təvəllüdlü R. Həsənova, 1994-cü il təvəllüdlü R. Həsənov, 1989-cu il təvəllüdlü G. Qurbanova, 1968-ci il təvəllüdlü S. Əsgərova, 2006-cı il təvəllüdlü X. Əliyeva, 1979-cu il təvəllüdlü P. Zeynalova və 1958-ci il təvəllüdlü R. Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.

