RU

Britaniyalı stomatoloq: Qazlı su diş minasını zədələyir

"Qazlı su diş sağlamlığına mənfi təsir göstərir".

“İki sahil” xəbər verir ki, bu barədə britaniyalı stomatoloq Ben Atkins "LADBible" nəşrinə müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, qazlı sudan tamamilə imtina edib və xəstələrinə də bunu tövsiyə edir. Stomatoloqun sözlərinə görə, qazlı suyun qabarcıqları karbon turşusunun mənbəyidir və bu, diş minasını zədələyir.

"Karbon turşusu dişləri qoruyucu təbəqədən məhrum edir. Zaman keçdikcə, diş minası zədələnir və dişlər öz keyfiyyətini itirir", - deyə Atkins vurğulayıb.

Избранный
20
3
ikisahil.az

4Источники