ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində baş verən atışmada 5 nəfər güllələnib.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisədən sonra polis qüvvələri ərazidə geniş təhlükəsizlik tədbirləri görərək, hadisə ilə bağlı araşdırmalara başlayıb.
Əldə edilən məlumata görə, atışma nəticəsində 5 nəfərin yaralandığı bildirilib. Polis hadisə yerinə çatdıqdan sonra ətrafda hər hansı bir təhlikənin qarşısını almaq məqsədilə geniş təhlükəsizlik tədbirləri görüb.
Hazırda cinayət hadisəsinin detalları araşdırılır.