RU

Macarıstan Shell ilə 10 illik qaz tədarükü müqaviləsi imzalayıb

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

Macarıstan "Shell" şirkəti ilə 2026-cı ildən başlayaraq hər il 2 milyard kubmetr qaz tədarükü üçün 10 illik müqavilə imzalayıb.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkələrdə məlumat verib.

"Bu, təbii qazın alınması üzrə Qərb tədarükçüsü ilə indiyə qədər bağlanmış ən böyük və ən uzunmüddətli müqavilədir. "Shell" ilə müqavilə mövcud olanları saxlamaqla, ölkəmizə yeni tədarük mənbələri cəlb etməyə imkan verəcək", - o yazıb.

P. Siyarto qeyd edib ki, "Shell" ilə müqavilə mövcud mənbələrə yeni həcmlər əlavə etməklə, ölkənin qaz balansını qismən şaxələndirməyə imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
marja.az

2Источники