RU

Ukrayna bu gecə də rusların yuxusunu qaçırdı: Səmada döyüş

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin 122 pilotsuz uçuş aparatını məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 10-da gecə yarısından Moskva vaxtı ilə saat 05:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 122 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda bildirilir.

Əsas hücum 20-dən çox pilotsuz uçan aparatın vurulduğu Bryansk vilayətinə olub. Daha 17-si Krım üzərində, 15-i Qara dənizdə zərərsizləşdirilib.

Voronej, Belqorod, Kursk vilayətləri və Krasnodar diyarı üzərində 10-dan çox Ukrayna PUA-sı vurulub.

Избранный
29
publika.az

1Источники