ain.az bildirir, Bizim media saytına əsaslanaraq.
2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə növbəti oyunları keçirilib. Boliviya yığması Braziliyanı 1:0 hesabı ilə məğlub edib. Bizim.Media xəbər verir ki, qarşılaşmanın yeganə qolunu Boliviya millisinin yarımmüdafiəçisi Migel Terseros 45+4-cü dəqiqədə penaltidən vurub.
Braziliya, ümumilikdə 28 xal toplayaraq seçmə mərhələni 5-ci yerdə başa vuraraq birbaşa mundiala vəsiqə qazanıb. Boliviya isə 20 xalla 7-ci yeri tutaraq qitələrarası pley-off mərhələsində oynamaq şansı əldə edib.
Ekvador - Argentina qarşılaşması da 1:0 hesabı ilə başa çatıb. Bu qarşılaşmada da hesab penaltidən açılıb. Qolu 45+13-cü dəqiqədə Enner Valensiya vurub. Lionel Messi bu oyunda iştirak etməyib.Ekvador növbəti matçını 11 oktyabrda ABŞ-a qarşı, Argentina isə həmin gün Venesuelaya qarşı keçirəcək.Venesuela – Kolumbiya - 3:6Çili – Uruqvay 0:0.Peru – Paraqvay 0:1Yekun Cədvəl (Cənubi Amerika seçmələri):Argentina – 38 xalEkvador – 29 xalKolumbiya – 28 xalUruqvay – 28 xalBraziliya – 28 xalParaqvay – 28 xalBoliviya – 20 xal (pley-off şansı)Venesuela – 18 xalPeru – 12 xal
Çili – 11 xal.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.