RU

Bu imtahanlarla bağlı qeydiyyat müddəti uzadıldı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.

News24.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.


Избранный
61
17
news24.az

10Источники