RU

Sibiqa: Putin müharibəni genişləndirir, Qərbi sınayır

BAKI, 10 sentyabr. TELEQRAF

“Ukraynaya kütləvi hücum zamanı Rusiya PUA-larının Polşa sərhədini keçməsi Vladimir Putinin əvvəlki cinayətlərinə görə layiqincə cəzalandırılmadığı üçün onun cəzasızlıq hissinin artmaqda davam etdiyini göstərir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sıbiqa deyib.

“Putin vəziyyəti gərginləşməkdə, müharibəni genişləndirməkdə və Qərbi sınamaqda davam edir. O, nə qədər güclü cavab almasa, bir o qədər aqressivləşir. İndi zəif cavab Rusiyanı daha da təhrik edəcək, o zaman Rusiya raketləri və pilotsuz təyyarələri daha çox Avropaya uçacaq”, - o qeyd edib.

Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.

Избранный
94
teleqraf.com

1Источники