RU

Rusiya Polşanın hava sərhədini pozub | VİDEO

AzVision.az xəbər verir ki, lakin Donald Tusk Rusiya PUA-larının təyyarələrinin Polşa üzərində vurulmasıbarədə birbaşa heç nə deməyib.

“Mən NATO-nun baş katibinə mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər barədə məlumat verdim. Biz daimi təmasdayıq”,- Polşanın baş naziri “X” sosial şəbəkəsində yazıb.

Eyni zamanda, Polşa Silahlı qüvvələrinin Əməliyyat Komandanlığının “X” sosial şəbəkəsindəki paylaşımında Rusiyanın bu gün Ukrayna ərazisinə hücumu nəticəsində Polşanın hava məkanının dron tipli obyektlər tərəfindən indiyədək görünməmiş şəkildə pozulmasının baş verdiyi vurğulanır. Bu hadisəniPolşa vətəndaşlarının təhlükəsizliyinə real təhdid yaradan təcavüz aktı kimi qiymətləndirən qurum ölkənin Silahlı qüvvələrinin əməliyyat komandirinin əmri ilə dərhal müdafiə prosedurlarına başladığını diqqətə çatdırıb.

- Polşa və müttəfiqlərin radar-müşahidə avadanlığı bir neçə obyekti izləyib və Silahlı qüvvələrin Əməliyyat Komandanlığının rəhbəri təhlükə yarada bilənləri zərərsizləşdirmək qərarına gəlib. Hava məkanımıza daxil olan pilotsuz təyyarələrin bəziləri vurulub. Bu obyektlərin mümkün qəza yerlərinin axtarışı və lokallaşdırılması davam edir”,- açıqlamada bildirilir.

Əməliyyat Komandanlığı, həçmçinin qeyd edib ki,Polşa və müttəfiq qüvvələr və vasitələr“sonrakı hadisələrə tam hazırdır”.

Polşa prezidenti Karol Navrotski, öz növbəsində, Rusiya PUA-larının ölkənin hava məkanını pozması ilə bağlı müdafiə naziri və hərbi rəhbərliklə əlaqə saxladığını deyib.

“Mən Silahlı qüvvələrin Əməliyyat Komandanlığında keçirilən brifinqlərdə iştirak etdim. Tezliklə Milli Təhlükəsizlik Bürosunda hökumət başçısının da iştirak edəcəyi brifinq keçirəcəyəm. Vətənimizin təhlükəsizliyi əsas prioritetdir və sıx əməkdaşlıq tələb edir”, - Polşa prezidenti “X” sosial şəbəkəsində yazıb.

Polşa hökumətinin sözçüsü Adam Şlapkanın açıqlamasına görə, ölkə hökumətinin fövqəladə iclasının keçirilməsi planlaşıdırlır. İclasın Bakı vaxtı ilə saat 10:00-da baş tutacağı gözlənilir. Buna qədər baş nazir Donald Tusk dövlət təhlükəsizliyinə cavabdeh olan nazirlərlə müşavirə keçirib.


Sahil İsgəndərov
AzVision.az
Избранный
38
azvision.az

1Источники