RU

Qızılın qiyməti rekordlar qırmaqda davam edir, spot qiymət bir unsiya üçün 3600 dolları keçib

Finss.az xəbər verir ki, Qızıl qiymətləri gələn həftə Federal Ehtiyatların uçot dərəcəsinin azaldılması gözləntiləri fonunda bazar ertəsi günü növbəti rekorda imza atdı.

Bakı vaxtı ilə saat 09:50-ə olan qiymətli metalın spot qiyməti bir unsiya üçün 3 640,26 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışından 1,49% çoxdur. Daha əvvəl ticarət sessiyasında qızılın spot qiyməti bir unsiya üçün 3646,43-ə yüksələrək rekord həddə çatıb.

Comex dekabr qızıl fyuçersləri 0,7% artaraq bir unsiya üçün 3677,2 dollar olub.

ABŞ dollarının zəifləməsi, qlobal mərkəzi bankların güclü tələbi və artan qlobal qeyri-müəyyənlik fonunda ilin əvvəlindən qızıl 38,5% bahalaşıb.

Избранный
153
fins.az

1Источники