RU

Polşa səmasında rus dronları! Putin Qərbin səbrini sınayır: NATO-nun cavabı nə olacaq?

"Bu gecə Polşa hava məkanı Rusiya dronları tərəfindən dəfələrlə pozulub. Ukrayna müharibəsi başladıqdan bəri ilk dəfə olaraq bir NATO ölkəsi Rusiya hava vasitələrinə qarşı silah tətbiq edib. Rusiya dronları Polşa aviasiyası tərəfindən vurulub. Baş verənlər və cinayətkar Putin rejiminin azğınlaşması heç şübhəsiz ki, ABŞ başda olmaqla (həm Bayden, həm Tramp dövründə) NATO blokunun acizliyinin birbaşa nəticəsidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, Qərbin tərəddüdləri və qətiyyətsizliyi Putini daha da cəsarətləndirir: "Avropada böyük bir müharibə getdiyi gerçəyini heç cür qəbul etməyən, öz komfort zonasından çıxmaq istəməyən, nəhəng Şər qarşısında bütün bədəlin məzlum və əzabkeş Ukrayna xalqı tərəfindən ödənməsini istəyən gedonist Qərb işğalçını daha da həvəsləndirir".

Ş.Cəfərlinin sözlərinə görə, Putin hazırda NATO-nun 5-ci maddəsini test edir: " Davamlı olaraq "mən hakimiyyətdə olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi" deyən Tramp hazırda Rusiyanın bir NATO ölkəsinə faktiki hücumunu müşahidə edir. Əgər ABŞ liderliyindəki ittifaq bu maddənin tələblərinə və fəlsəfəsinə uyğun reaksiya ortaya qoymasa, NATO de-fakto çökmüş olacaq".

Aytac,

Sitat.info

Избранный
8
2
sitat.info

3Источники