RU

Yaponiya Rusiyadakı texniki yardım mərkəzlərini bağlayır

BAKI, 10 sentyabr. TELEQRAF

Yaponiya Rusiyadakı islahatları dəstəkləyən bütün altı texniki yardım mərkəzini bağlamaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi bildirib.

Onun sözlərinə görə, qərarın səbəbi Rusiyadakı vəziyyətin dəyişməsi və Tokio ilə Moskva arasında münasibətlərin pisləşməsidir.

"Yapon mərkəzləri" 1994-cü ildən fəaliyyət göstərirdi. Onların əsas məqsədi Rusiyada sosial-iqtisadi islahatlara dəstək vermək idi. Mərkəzlər illər ərzində təlim kursları təşkil edib, müxtəlif tədbirlər keçirərək iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə çalışıb. Lakin yeni şərait səbəbindən Tokio onların fəaliyyətini dayandırmaq qərarına gəlib",- ölkə rəsmisi qeyd edib.

Избранный
74
teleqraf.com

1Источники