“Rosario Sentral”ın yarımmüdafiəçisi Anxel Di Mariya Argentina millisinin baş məşqçisi Lionel Skaloniyə yüksək qiymət verib.
Sportinfo.az “Tyc Sports”-a istinadən xəbər verir ki, argentinalı futbolçu, Skaloni ilə ömürlük müqavilə imzalamaq lazım olduğunu bildirib:
“Skaloni ilə ömürlük müqavilə imzalamaq lazımdır. Bu, onun komandaya qazandırdıqlarına görə veriləcək layiqli mükafatdır.
Ümid edirik ki, bu mütəxəssis millidə uzun müddət işləməyə davam edəcək”.
Argentina millisi Skaloninin rəhbərliyi altında 2022-ci ildə dünya çempionu olub və o, komandanı iki dəfə Amerika kubokunda qələbəyə aparıb.
47 yaşlı mütəxəssis Argentina millisində 2018-ci ildən bəri çalışır və müqaviləsinin müddəti 2026-cı ilin dekabrının sonunadək nəzərdə tutulub.