Baku Network ekspert platformasında “TofiqAbbasovla dialoq” analitik videolayihəsinin növbəti buraxılışıçıxıb. Verlişin bu dəfəki qonağı Azərbaycanın xalq rəssamı,Almaniyanın Rəssamlar Birliyinin üzvü, Avropada Azərbaycan MədəniXadimləri Assosasiyasının üzvü Əşrəf Heybətov olub.
Söhbət zamanı o, turbulent dünyada incəsənətin roluna dairbaxışlarını bölüşüb, mədəni diplomatiyadan və tarixi yaddaşınqorunmasına yönəlmiş şəxsi layihələrindən danışıb.
Əşrəf Heybətov qeyd edib ki, bəşəriyyət qeyri-sabit və çoxbaxımdan proqnozlaşdırılması çətin bir dövrə qədəm qoyub. Onunsözlərinə görə, məhz belə vaxtlarda incəsənət nümayəndələrininfəaliyyəti xüsusi əhəmiyyət kəsb edir:
“Mənim missiyam yalnız nikbinliyi, vətənimizi – Azərbaycanıtəbliğ etməkdir. İncəsənət mahiyyət etibarilə beynəlmiləldir vəməhz rəssamlar, yazıçılar, musiqiçilər xalqlar arasında körpürolunu oynamalıdırlar.”
O vurğulayıb ki, düşmənçilik və nifrət daimi kateqoriyalar olabilməz, çünki insanların bundan yorulması qaçılmazdır. Buna görə dəmədəniyyətin vəzifəsi – əvvəlkindən daha möhkəm və uzunömürlü yenikörpülər qurmaqdır.
Rəssam xatırladıb ki, sərgiləri Vatikan, NATO və ATƏT də daxilolmaqla nüfuzlu beynəlxalq məkanda keçirilib. O, dünyasiyasətçiləri və ictimai xadimləri ilə, o cümlədən Almaniyanınsabiq kansleri Gerhard Şröderlə görüşüb, həmçinin Nobel mükafatılaureatı Günter Qrassın yubileyinə dəvət olunub və onun portretinişəxsən özü çəkib.
Ə.Heybətovun sözlərinə görə, bu cür təmaslar ona beynəlxalqarenada “Azərbaycan” sözünü daha tez-tez səsləndirmək və dünyaictimaiyyətinə Azərbaycan mədəniyyətinin zənginliyini xatırlatmaqimkanı yaradır.
Aparıcının suallarını cavablandırarkən rəssam Avropada radikalsağ meyillərin artdığını vurğulayıb. Onun sözlərinə görə, xüsusiləŞərqi Almaniyada, “Pegida” hərəkatının yarandığı ərazidə bu meyllərdaha qabarıq hiss olunur.
Ə.Heybətov XX əsrin acı dərslərini xatırladaraq faşistideologiyasının ikinci nəfəs qazanmamalı olduğunu qeyd edib. Bukontekstdə o, İrəvanda, o cümlədən Qaregin Njde abidəsi önündəkeçirilən millətçi yürüşlərin narahatedici təzahürlərinə diqqətçəkib.
Rəssam həmçinin Azərbaycanla barışmaq istəməyən erməniradikallarının mövqeyindən irəli gələn çətinliklərdən danışıb. O,xatırladıb ki, sovet illərində azərbaycanlı və erməni rəssamlararasında mədəni əlaqələr sıx və millətçi çalar olmadan mövcud idi.Lakin artıq 1980-ci illərdə xaricdəki erməni dairələri Qarabağınayrılması üçün zəmin hazırlamağa çalışırdılar.
Rəssamın fikrincə, bu gün mədəniyyət xadimləri humanistdəyərlərə əsaslanaraq sülh dialoqu üçün yeni imkanlar axtarmalı,körpüləri bərpa etməyə çalışmalıdırlar.
Ə.Heybətov xüsusi olaraq tarixi yaddaş mövzusuna toxunub. O,erməni ekstremistlərinin hələ də azərbaycanlılara qarşıcinayətlərlə adı bağlı şəxsləri simvola çevirdiklərini, bu xüsusdaXankəndini misal çəkib.
Rəssam həmçinin öz layihəsi – 1918-ci ilin Mart soyqırımına həsrolunmuş qrafik işlər silsiləsindən danışıb. Onun sözlərinə görə,rəssamın missiyası yalnız mənzərə və natürmort yaratmaqdan ibarətdeyil, həm də Azərbaycanın tarixinə dair faciəvi səhifələrinhəqiqətlərini çatdırmaqdır.
Ə.Heybətov bildirib ki, o, yaxınlarda Laçında uşaqla birlikdədoğma yurda həsr olunmuş rəsmlər çəkdiyi ustad dərsi keçirib. Onunfikrincə, vətənə məhəbbətin tərbiyəsi erkən yaşlardanbaşlanmalıdır.
O, həmçinin “Türk dünyası” çərçivəsində Azərbaycanda və xaricdətəşkil olunan sərgilərindən danışıb. Berlində Heybətovunlayihələrinin dəfələrlə türk diplomatları tərəfindən açılmasımədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə olub.