RU

“Bu transferi etmək üçün dəyərli oyunçumuzu satmalı idik”

“Roma”nın keçmiş baş məşqçisi, hazırda klubda məsləhətçi kimi fəaliyyət göstərən Klaudio Ranyeri vinger Ceydon Sançonun baş tutmayan transferi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu keçidin baha başa gələcəyini söyləyib:

“Sançonu almaq üçün dəyərli oyunçumuzu satmalı idik və ən yaxşı futbolçularımızı saxlamaq istəyirdik.

Sanço ilə bağlı razılaşma maliyyə baxımından baha başa gələcəkdi. Baxmayaraq ki, baş məşqçi Can Pyero Qasperini israr etsəydi, klubun sahibləri bunu hər halda yerinə yetirəcəkdilər”.

İtaliyalılar ingilis futbolçunu 2024-cü ilin yayında “Mançester Yunayted”dən almağa çalışsalar da, uğursuz olublar. Sanço nəticədə, “Aston Villa”ya icarəyə verilib.

Избранный
25
sportinfo.az

1Источники