RU

Gəncə qəzasında xəsarət alan 8 nəfərin SON DURUMU

Gəncədə baş verən ağır qəza zamanı xəsarət alan 8 nəfərin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 09.09.2025-ci il tarixində saat 20:50 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə 8 nəfər (7 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
 

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib. 


Hazırda 1 nəfərin (qadın cinsli) müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb" deyə məlumatda bildirilir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
5
1
bizim.media

10Источники