RU

Ronaldudan dünya çempionatında yeni rekord


Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayına görə rekordu təkrarlayıb. Bu rekord, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Macarstan üzərində 3:2 hesablı qələbədən sonra reallaşıb.
40 yaşlı futbolçu sözügedən matçın 58-ci dəqiqəsində penaltidən fərqlənərək mundialın seçmə mərhələsində vurduğu qolların sayını 39-a çatdırıb. Bu göstəricidə o, eyni sayda qol vuran Qvatemalanın futbolçusu Karlos Ruisə çatıb. Qeyd edək ki, ən çox qol vuranların siyahısında ilk "üçlüy"ü 36 qolla Argentina yığmasının üzvü Lionel Messi qapayır.

Mətləb

Избранный
43
1
baki-xeber.com

3Источники